Şəhid övladının doğum günündə gözlənilməz hədiyyə – VİDEO

  • By admin
  • 12 Noyabr 2019 11:27

Bakıda restoranların birində övladına doğum günü keçirən ana hesabı vermək istəyəndə, ondan pul götürməyiblər.

Restoran sahibi müştərisinin şəhid ailəsi olduğunu biləndə, hesabı götürməkdən imtina edib.

Aprel şəhidimiz Seymur Baxışovun həyat yoldaşı Aynur Baxışova övladı Aminin 8 yaşını qeyd etmək üçün restoran danışıb, yer rezerv edib. Qiyməti razılaşıb və ad günü şənliyi baş tutub. Lakin Aminin atasının aprel döyüşlərində şəhid olduğu barədə heçnə deməyib. Restoranda işçilərdən biri uşağı tanıdıqdan sonra isə müdriyyətə məlumat verib.

Şəhid ailəsi ödəniş etmək istədikdə isə, “Bu, bizim borcumuzdur, sizin övladınızın şad gününü təşkil etmək bizim üçün fəxrdir ” cavabını alıb.

Aynur Baxışova deyir ki, restorana ödəniş üçün israr etsə də, razılaşmayıblar. Üstəlik, Amin üçün sifarişdə olmayan əlavə xidmətlər də təşkil ediblər.

Amin isə deyir ki, bu ad günü onun üçün unudlmayan bir gün olub. O da böyüyəndə atası kimi hərbiçi olmaq istəyir.

Aynur Baxışova deyir ki, ad günündən sonra restorandan zəng edib bildiriblər ki, bundan sonra da onların xeyir işlərini sevə-sevə təşkil edə bilərlər. Məsələylə bağlı restoranla əlaqə saxlasaq da, bunu reklam üçün etmədiklərini və çəkilişə razı olmadıqlarını bildirdilər.

Gununsesi.org