Qətlə yetirilən polislər Şəhidlər Xiyabanında dəfn olundu - FOTOLAR

  • By admin
  • 11 İyul 2018 14:30

Gəncə Baş Polis İdarəsində şəhid polislərlə vida mərasimi keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsində qətlə yetirilən şəhid polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasovla vida mərasimi keçirilib.

Minlərlə insanın qatıldığı mərasimdə hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri də qatılıb. Onlar Şəhidlər xiyabanında dəfn ediliblər.

Mərasim zamanı Daxili İşlər Nazirinin müavini Oruc Zalov çıxış edərək, hər iki polis zabiti haqqında yüksək fikirlər səsləndirib.

Onun sözlərinə görə, həm İlqar Balakişiyev, həm də Səməd Abbasov xidməti dönəmlərdə ölkə başçısının və DİN rəhbərliyinin müxtəlif təltiflərini alıb.

Mərasimdən fotoları təqdim edirik.

Ərşad İbrahimov

Gununsesi.info