Səhiyyə Nazirliyi şöbə müdirinin işdən çıxarılması barədə məlumatlara münasibət bildirib

  • By admin
  • 02 Noyabr 2019 18:56

Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun işdən çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib.

Gununsesi.org xəbər verir kii, Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Pərviz Əbubəkirov “Report”a bildirib ki, G.Poladovun işdən azad olunması xəbəri həqiqəti əks etdirmir.

“Bəzi kütləvi informasiya vasitələrində Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun işdən çıxarılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”, – deyə P.Əbubəkirov bildirib.

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində G.Poladovun Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri vəzifəsindən azad olunması ilə bağlı xəbərlər yayılıb.

 

Gununsesi.org