Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə başabaş oynadı

  • By admin
  • 21 Avqust 2019 12:09

ABŞ-ın Sent Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild Kubokunda IV turun görüşləri baş tutub.

Gununsesi.org  xəbər verir ki, bu turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

“Şah”ın norveçli qrossmeysterlə görüşü heç-heçə başa çatıb.

Hazırda Şəhriyar Məmmədyarovun aktivində iki xal var və III-X yerlərdə qərarlaşıb. Turnir cədvəlinə 2,5 xalla ABŞ təmsilçisi Fabiano Karuana ilə hindistanlı Vişvanatan Anand başçılıq edirlər.

Gununsesi.org