“Şəki-İpək” fabriki fəaliyyətini yenə dayandırdı

  • By admin
  • 07 Noyabr 2016 15:31

sheki

“Bu il yerlərdə yetişdirilmiş 72 tona yaxın yaş baramanın hamısı noyabr ayının əvvəlinə  qədər”Şəki-İpək” ASC-nin baş müəssisəsinin Baramaaçan istehsalatında emal edilib qurtarıb.Nəticədə Baramaaçan istehsalatında iş qeyri-müəyyən müddətə dayanıb”.

Bunu Gununses.info-ya açıqlamasında “İpəkçi” qəzetinin redaktoru Aydın Məmmədov bildirib.

A.Məmmədov deyir ki,  Prezident İlham Əliyevin göstərişi ilə bu il respublikada barama istehsalı bərpa ol edilmiş və  builki barama mövsümündə 72 tona yaxın yaş barama istehsal olunmuşdu:  “Şəki-İpək” ASC-yə isə kredit verilmişdi ki, yerlərdə yetişdirilmiş baramanın bir kq-na 8 manatödəməklə hamısını satın alsın və emal etsin. Burada xam ipəyin bir kq-ı dünya bazarından 2 dəfə baha qiymətə – 82 dollara başa gəlmişdi. Nəticədə Respublika prezidenti 15 sentyabrda “İpəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” sərəncam verdi ki, barama emalı və ipək istehsalımüəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə subsidiya ayrılsın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırdı ki,  barama istehsalı ilə məşğul olan şəxslərəbarama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görənövündən asılı olaraq veriləcək subsidiyanın məbləğini və verilmə qaydasını iki ay müddətinətəsdiq etsin. Gözlənildiyinə görə subsidiya builki barama tədarükünə də şamil edilməlidir və”Şəki-İpək” ASC-nin 1 kq-nı 8 manata satın aldığı baramanın hər kq-ı üçün dövlət “Şəki-İpək” ASC-yə 3-5 manat subsidiya versin”.

Müsahib qeyd edir ki, “Şəki-İpək” ASC-nin baş müəssisəsindəkı baramaaçan istehsalatı iləyanaşı pambıq əyirici sexdə də xammalın tükənməsi səbəbi ilə iş dayanmışdır: “Özü də bu sex azı bir aydır ki, işləmir. Səbəb olaraq belə göstərilir ki, pambıqtəmizləmə zavodlarının yeni yığılmış pambığı mahlıca çevirməsi prosesi hələ başa çatmayıb. Məlumat üçün əlavə edək ki, “Şəki-İpək” ASC-nin baş müəssisəsində pambıqtəmizləmə zavodlarının göndərdiyi mahlıcdan istehsal edilən pambıq sap xarıcə göndərilir, burada parça toxunmur. Halbuki pambıq parça istehsalı mümkündür.

Hazırda “Şəki-İpək” ASC-ni baş müəssisəsində yalnız Burucu sexi və Toxucu istehsalatıqismən fəaliyyətdədir. Bu sex və istehsalatın yalnız noyabrın sonuna qədər işləyəcəyi məlumdur. “Şəki-İpək” ASC-nin baş müəssisəsindəki istehsalat və sexlərin növbəti barama mövsümünəqədər işləməsi üçün 1 milyon dollar dəyərində –  təxminən 20-23 ton, xam ipək alınıb gətirilməsi lazım idi. Lakin 1 milyon dollar borc verən tapılmadı.

“Şəki-İpək” ASC-nin Azərbaycan Beynəlxalq Bankına olan 46 milyon manatlıq kreditləri isə ötən il dondurulub. Bu kreditlər İllik 14-17 faiz arası götürülmüşdür. İndi  “Şəki-İpək” ASC-nin 46 milyon manat borcunun üstünə illik faiz gəlmir. Oktyabrın 19-da hansısa məhkəmənin qərarı iləisə “Şəki-İpək” ASC-nin bankrot elan ediləcəyi gözlənilirdi. Məhkəmə keçirilib, lakin qərarıictimaiyyətə hələ açıqlanmayıb”.

Vüsalə Rüstəmova

Gununsesi.info