Şəkidə 63 yaşlı kişi özünə od vuraraq YANDIRDI

  • By admin
  • 14 Yanvar 2019 11:40

Şəkidə 63 yaşlı kişi özünü yandıraraq intihar edib.

Gununsesi.org Report-a istinadən hadisə rayonun Kiş kəndində baş verib.

Kənd sakini 1956-cı il təvəllüdlü Qorxmaz Zəkəriyyə oğlu Nəsrullayev yaşadığı ünvanda özünə od vuraraq yandırıb. O, aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.