Şəkidə yük maşını piyadanı vurub

  • By admin
  • 16 Oktyabr 2019 20:18

Şəkidə yük maşını piyadanı vurub.

Gununsesi.org-un məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki,İntizar Şəmiyev idarə etdiyi 24-BF-176 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili hərəkətdə olarkən yolu keçmək istəyən Qoxmuq kənd sakini, 1965-ci il təvəllüdlü Qeysəddinov Hüseyin  Yunus oğlunu vurub.

 

 

Gununsesi.org