Səməd Seyidov Türkiyənin müdafiəsinə qalxdı

  • By admin
  • 22 İyun 2016 14:32

ASHPA 1

 

Xəbər verdiyimiz kimi Avropa Şurasının növbəti sessiyası davam edir. Gununsesi.info-nun Fransaya ezam olunmuş əməkdaşı bildirir ki, iclasda “Türkiyədə Demokratik Təsisatların Vəziyyəti” adlı qətnamə ilə bağlı çıxışı zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Türkiyəyə dəstək verib.

O qeyd edib ki, Türkiyə çox ağır bir dövrünü yaşayır. Bir tərəfdən terrorçularla vuruşur. Digər tərəfdən belə bir vəziyyətdən istifadə edərək, Türkiyədə guya demokratiyanın tapdalanması ilə bağlı bir sıra təzyiqlər göstərmək, onun üzərinə ikinci cəbhə açmaq deməkdir. Bu cür qətnamələr Türkiyəyə dəstəkdən çox, təzyiqdir.