Şəmkir sakinin mənzili qarət olunub - FOTOLAR

  • By admin
  • 02 Sentyabr 2016 16:30

ogru1

Şəmkir rayonunda mənzil qarət olunub.

Gununsesi.info xəbər verir ki,hadisə Şəmkir rayonunun Təzəkənd kənd sakini Taleh Yusibova məxsus fərdi yaşayış evində oğurluq hadisəsi baş verib. Axşam saat 19:00 radələrində mənzil sahiblərinin evdə olmamasından maksimum yararlanan çağırılmamış qonaqlar həyətdəki pəncərədən içəri daxil olublar. Burada bir qədər axtarış aparan naməlum şəxs və ya şəxslər ev sahibini məxsus ümumi dəyəri 15 min manat olan qızıl zinət əyalarını və 700 manat nəğd pulu qarət ediblər. Təxminən iki saat sonra evə gələn zərərçəkənlər qarşılaşdıqları mənzərədən şoka düşüblər. Hüquq mühafizə orqanlarına edilən zənglərdən sonra Şəmkir rayon polis şöbəsinin Kür bölkməsinin əməkdaşları hadisə yerinə gəliblər.  Zəruri istintaq hərəkətləri həyata keçirilsədə bu günədək görülən tədbirlər nəticəsiz qalıb. Şəmkir rayon polis şöbəsindən də Taleh Yusibova məxsus mənzildə oğurluq faktının qeydə alındığını təsdiqləyiblər. Şöbədən bildirlib ki, zərərçəkənlərin müraciəti əsasında intensiv əməliyyat axtarış tədbirləri davam edirilir. Ancaq qeydə alınan oğurluqla bağlı hələlik saxlanılan yoxdur.

ogru

Gununsesi.info