Əri tərəfindən yandırılan 24 yaşlı Mətanət Məsimova həkimlərin səyinə baxmayaraq, bu gün səhər saat 06:20-də aldığı xəsarətlərdən dünyasını dəyişib.
Səhiyyə Nazirliyindən Gununsesi.org-a daxil olan məlumata görə, qadın bədəninin 70 % (4 cü dərəcəli) yanığı ilə kritik vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırımışdı.
Xatırladaq ki, hadisə ötən gün Şəmkirdə Sarıtəpə kəndində qeydə alınıb. M. Məsimova həyat yoldaşından boşanaraq 2 yaşlı övladı ilə atası evində qalırmış. Elə yanğını da Mətanətin boşandığı şəxs törədib. Belə ki, gecə saat 3 radələrində Dəllər Cəyir kənd sakini Elmar adlı şəxs benzinlə keçmiş arvadının yatdığı otağa daxil olub və evi yandırıb. Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu ölüb.
Gununsesi.org