Şəmkirdə iki minik avtomobili toqquşdu - ÖLƏNLƏR VAR

  • By admin
  • 30 Oktyabr 2019 09:33

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org-un məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “VAZ-2106” ilə “VAZ-21099” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org