Sərnişinlərin stresini azaltmaq üçün qəribə üsul: Piano çalan donuzla “müalicə” – VİDEO

  • By admin
  • 19 Noyabr 2019 11:06

ABŞ-ın San-Fransisko Hava Limanında qəribə hadisə baş verib.

Hava Limanı rəhbərliyi sərnişinlərin stresini azaltmaq üçün limana “terapiya donuzu” gətiriblər.

Lilou adlı donuzun başında pilot papağı, ayaq dırnaqlarında qırmızı boya olub.

 Gununsesi.org “CNNTürk”-ə istinadən xəbər verir ki, Lilou pianoda ifa etməyi və bəzi səsləri təqlid etməyi bacarır.

Sərnişinlər uçuşdan əvvəl Lilou ilə oynayıb, şəkillər çəkdiriblər.

Qeyd edək ki, ABŞ-ın bir çox Hava Limanında bu məqsədlə “terapiya itləri” mövcuddur.

 

 

 Gununsesi.org