Səudiyyə Ərəbistanında anomal isti - Kölgədə +50 dərəcə

  • By admin
  • 10 İyun 2019 20:50

Səudiyyə Ərəbistanında havanın temperaturu kölgədə +50 dərəcəyədək yüksəlib.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda meteoroloq Həsən Kərani məlumat verib. Onun sözlərinə görə, ölkənin şərqində, həmçinin qərb bölgəsinin bəzi məntəqələrində termometrlərin kölgədə 50 dərəcəyədək isti göstərir.

Meteoroloji proqnozlarda isə ölkənin cənub-qərbində, o cümlədən Məkkə və Mədinədə yağışlı havaların, Qırmızı dəniz sahillərində isə bərk küləyin gözlənildiyi göstərilir.