Səudiyyədə 184 nəfər edam edildi – 90-ı əcnəbi vətəndaşdır

  • By admin
  • 15 Yanvar 2020 12:51
Səudiyyə Ərəbistanında 2019-cu ildə edam edilən məhkumların sayında rekord qeydə alınıb.

Gununsesi.org Qaynarinfo-ya istinadla xəbər verir ki, “Reprieve” insan hüquqları təşkilatının yayımladığı hesabata görə, ötən il ölkədə 90-ı xarici vətəndaş olmaqla 184 nəfər edam edilib.

Öldürülənlərdən 82-si narkotik qaçaqmalçılığı, 57-si isə cinayətə görə hökm oxunmuşdu.
Qeyd edək ki, Səudiyyədə 2014-cü ildə 88, 2015-ci ildə 157 nəfər edam edilmişdi. Bu rəqəm ötən ilə qədər sabit qalarkən, 2019-cu ildə artım müşahidə olunub.2020-ci ildə isə 4 nəfər edam edilib.