Səudiyyədən İrana müharibə mesajı

  • By admin
  • 19 May 2019 20:55

Səudiyyə Ərəbistanı Krallığı regionda müharibə olmasını istəmir və hər hansı savaşı başlatmaq niyyətində də deyil.

Gununsesi.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Əl-Cubeyr deyib.

“Səudiyyə Ərəbistanı müharibənin qarşını almaq üçün əlindən gələni edəcək. Lakin qarşı tərəfindən savaşı seçdiyi halda krallıq bütün qüvvələri ilə qətiyyətli cavab verəcək, mənafeyini qoruyacaq”, – deyə Cubeyr bildirib.

Qeyd edək ki, BƏƏ sularında Səudiyyəyə aid 2 neft tankeri hücuma məruz qalmışdı.

Ər-Riyad administrasiyası bu hücumun arxasında İranın olduğunu iddia edir.