Saakaşvili Ukraynanı məhkəməyə verdi

  • By admin
  • 14 Fevral 2018 14:32

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili məhkəməyə müraciət edərək Polşaya deportasiya olunmasının qanunsuz tanınmasını tələb edib.

Gununsesi.info Ukrayna KİV-nə istinadən xəbər verir ki, müraciət Kiyev administrasiya məhkəməsində qeydə alınıb.

Şikayət ərizəsində cavabdeh tərəf kimi Ukrayna Miqrasiya Xidməti, Sərhəd Qoşunları və Daxili İşlər Nazirliyinin adı çəkilir.

Siyasətçi Ukraynadan Polşaya deportasiya olunmasını qanunsuz adlandırıb.

Gununsesi.info