Saakaşvilidən Məmmədovun təyinatına reaksiya

  • By admin
  • 19 Oktyabr 2019 17:25
Mixail Saakaşvili əslən azərbaycanlı Gündüz Məmmədovun Ukrayna Baş prokurorunun müavini təyin edilməsinə münasibət bildirib.
Gununsesi.org xəbər verir ki, o öz fikrini Feysbuk səhifəsində paylaşıb.
“Daha bir doğru təyinat. Gündüz mənim zamanımda Odessada çalışıb, o, çox yaxşı hüquqşünas və təmiz adamdır. Ona və Ryaboşapkinin yerdə qalan bütün komandasına uğurlar”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka Krım Muxtar Respublikasının prokuroru vəzifəsini daşıyan azərbaycanlı Gündüz Məmmədovu özünə yeni müavin təyin edib.
Gununsesi.org