Sabah bu qəsəbələrdə qaz olmayacaq

  • By admin
  • 18 Avqust 2016 16:47

qaz_24867878

Sabah Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq. 

SOCAR-dan Gununsesi.info-ya verilən məlumata görə, avqustun 19-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qobu”, “Müşviqabad”, “Aşagı Güzdək” və “Pirəküşgül” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. 

Təmir müddətində Abşeron rayonunun Qobu, Müşfiqabad, Aşağı Güzdək, Ceyranbatan və Pirəküşgül qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Gununsesi.info