Sabah Duma Mixail Mişustinin Rusiyanın baş naziri vəzifəsinə təyinatı məsələsinə baxacaq

  • By admin
  • 15 Yanvar 2020 21:17

Rusiya prezidenti Vladimir Putin Mixail Mişustinə ölkənin baş naziri vəzifəsini təklif edib.

Gununsesi.org xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, V.Putin Rusiya Federal Vergilər Xidmətinin rəhbəri ilə işgüzar görüş keçirib və ona hökumətin sədri vəzifəsini tutmağı təklif edib. M.Mişustinin razılığı ilə onun namizədliyi Dövlət Dumasına təqdim olunub.

Rusiya Dövlət Duması yanvarın 16-da M.Mişustinin ölkənin baş naziri təyin ediməsi məsələsinə baxacaq.

 

Gununsesi.org