Sabiq icra başçısı: “Həbs edilməmişəm” – Video

  • By admin
  • 14 Noyabr 2019 21:15

Almaniyada mühacir həyatı yaşayan Kəlbəcər rayon icra hakimiyyətinin sabiq başçısı İlham Həsənov həbs edilməsi barədə xəbərləri təkzib edib. Həsənov özü video çəkiliş edərək onun barəsində yayılan iddiaların tamamı ilə yanlış, əsassız və şantaj xarakterli olduğunu bildirib. İlham Həsənov deyib:

“Mən evdəyəm, deyilənlərin heç bir əsası yoxdur, yalan məlumatlardır. Telefon problemi səbəbindən internetə girə bilmirdim. Görünür, kimlərəsə maraqlı olub bu məlumatı yaymaq. Almaniyada baş verənlərlə bağlı nə mənim, nə də AKM-in heç bir əlaqəsi yoxdur. Bu məlumatı yayanlar yanlış bir yolda olduqlarını hiss eləməlidirlər. Bu yaxında video vasitəsi ilə, televiziya vasitəsi ilə daha bir açıqlama da verəcəm.

 

Qeyd edək ki, bəzi media orqanlarında Almaniyada bir qrup azərbaycanlının “mühacir biznesi” ittihamı ilə saxlanması barədə iddialar yayılıb.

Gununsesi.org