Sabirabad bazarında yanğın baş verdi

  • By admin
  • 16 İyul 2019 10:33

Fövqəladə Hallar Nazirliyi Sabirabadda baş vermiş yanğınla bağlı məlumat yayıb. Qeyd edilir ki, 16 iyul tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə Sabirabad şəhəri, İlham İskəndərov küçəsində mağazalarda yanğın olması barədə məlumat daxil olub.

Gununsesi.org xəbər verir ki, ilkin məlumata əsasən, yanğın nəticəsində ümumi sahəsi 1060 m2 olan 2 mağaza və ümumi sahəsi 7650 m2 olan Mərkəzi bazarın ərazisində 3 dükan 70 m2 sahədə (ümumi 1130 m2) yanıb. Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib.

 Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Digər bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.
Gununsesi.org