Sabunçu bazarında yanğın baş verdi

  • By admin
  • 28 Noyabr 2019 08:10

Sabunçu bazarında yanğın baş verib.

Gununsesi.org FHN-ə istinadən xəbər verir ki, bazar ərazisində ümumi sahəsi 20 m² olan anbarın və hər birinin sahəsi 40 m² olan müxtəlif təyinatlı 2 mağazanın yanar konstruksiyaları yanıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.org