Saçını kəsib, üzərinə qırmızı boya tökdülər – Boliviyada qadın bələdiyyə sədrinin dəhşətli anları (VİDEO, FOTOLAR)

  • By admin
  • 09 Noyabr 2019 16:44

Cənubi Amerikada yerləşən Boliviyanın Vinto qəsəbəsində bələdiyyə sədri həyatının kabusunu yaşayıb.

Gununsesi.org xəbər verir ki, etiraz edən qəsəbə sakinləri Boliviyanın bələdiyyə sədri Patrika Arsenin saçını kəsib.

Bununla ürəkləri soyumayan etirazçılar bələdiyyə sədrinin üzərinə qırmızı boya töküb, ayaqyalın küçədə gəzdirərək istefa ərizəsi yazmağa məcbur ediblər.

Sözügedən hadisənin görüntüləri dünya mətbuatının gündəmində şok effekti yaradıb.

Boliviya prezidenti Evo Morales, 20 oktyabr prezident seçkilərində qalib gəldikdən sonra Boliviya müxalifətinin təşkil etdiyi etirazlar tədricən zorakılıq aktlarına çevrilib.

Etirazçılar Boliviyanın Cochamba vilayətinin Vinto şəhərində müxalifət və hökumət tərəfdarları arasında baş verən toqquşmada iki müxalifət tərəfdarının öldürüldüyü iddialarından sonra Vintonun şəhər məclisinə yürüş ediblər.

Ölən iki şəxsin bələdiyyə sədrinin günahı ucbatından öldüyünü iddia edən etirazçıar küçələrdə “Qatil” deyə qışqıraraq yürüş ediblər.

Etirazçılar tərəfindən uzun müddət saxlanılan Patrika Arse polis müdaxiləsindən sonra xəstəxanaya aparılıb. Lazımı müayinələrdən keçən Arseni ciddi xəsarət almadığı bildirilib.

Sözügedən qarşıdurmada 89 adamın da yaralandığı bildirilir. / Musavat