Sağlam və gözəl görünmək üçün vacib olan qidalar

Sağlam və gözəl görünmək üçün vacib olan qidalar

Mütəxəssislər qadın gözəlliyi və sağlamlığı üçün lazım olan məhsulları açıqlayıb.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, ilk yerdə süd məhsulları gəlir. Kalsiumla zəngin olan bu məhsullar dişləri, saçı və dırnaqları sağlam edir, sümükləri möhkəmlədir.

Qadınlara, həmçinin, həftədə iki dəfə naharda qırmızı balıqdan sitifadə etmək tövsiyə olunur. Qırmızı balığın tərkibində faydalı omeqa-3 turşusu var ki, bu da erkən qırışların qarşısını alır.

Mütəxəssislər zərif cinsin nümayəndələrinə C vitamini ilə zəngin qidaları məsləhət görürlər. Bu vitamin sayəsində dərinin xarici görünüşü yaxşılaşır.

Bundan başqa, qida rasionunda gül kələmindən istifadə də tövsiyə edilir. Həftədə azı 2 dəfə gül kələmi yemək orqanizmin fəaliyyətini yaxşılaşdırı və zərərli bakteriyalardan təmizləyir.

Qara və acı şokolad da qadınlar üçün vazgeçilməzlər siyahısında olmalıdır. Çünki belə şokoladlar maqnezium, mis, sink və fosforla zəngin olurlar.

Gununsesi.org

COMMENTS