“Şah market” olayının arxasında hansı məmur dayanır?- NARAZI SƏHMDARLAR AD ÇƏKDİLƏR

“Şah market” olayının arxasında hansı məmur dayanır?

“Şah market” Açıq Səhmdar Cəmiyyəti (ASC) üzvlərinin üzləşdikləri qanunsuzluqlarla bağlı mediaya müraciətləri rezonans doğurub.
Vidadi Məmmədov, Xəqani Məmmədov, Vəzir Rəcəbov, Rəcəb Rəcəbov tərəfindən imzalanmış müraciətdə Bakı şəhər İcra Hakimiyyəti Ticarət Departamentinin keçmiş rəhbəri Faiq Məmmədovun “Şah market”i ələ keçirmək üçün hansı yollara əl atdığı, məhkəmə orqanlarının absurd qərarları ətraflı təsvir olunub. (geniş material bu linkdə (https://www.gununsesi.org/sah-i-%c9%99l%c9%99-kecirm%c9%99k-ucun-m%c9%99mur-hakim-isbirliyi/)
Gününsesi.info-ya məlumat verən ASC üzvləri bildiriblər ki, bu məsələdə F.Məmmdəov yaxın qohumu, Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin rəhbəri Fuad Cavadovdan dəstək alır. Əks təqdirdə, Ali Məhkəməyə qədər bütün instansiyaların ədalətli qərarlarından sonra prosesin səhmdarların əleyhinə çevrilməsi mümkün olmazdı. Faiq Məmmədov dövlət qurumlarındakı “güclü əl”in sayəsəində buna nail ola bilib.
Gununsesi.org

COMMENTS