Sahil Babayev: “Ötən il Azərbaycanda əmək haqqı fondu 42% artıb”

  • By admin
  • 13 Yanvar 2020 23:43

“2019-cu ildə Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayı 153 min ədəd artıb”.

Gununsesi.org xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə məlumat verib.

Onun sözlərinə görə, bu artımın 99 mini özəl sektorun, 54 mini isə dövlət sektorunun payına düşüb.

“Həmçinin islahatlar hesabına ötən il ölkədə əmək haqqı fondu 42,3% artıb. Orta aylıq əmək haqqında isə 52% artım baş verib”, – deyə o, qeyd edib.

 

Gununsesi.org