Şahzadə Corcun bu gün 6 yaşı tamam olduOnun varidatı 3,6 milyon dollar təşkil edir

Şahzadə Corcun bu gün 6 yaşı tamam oldu

İngilis Krallığının üçüncü varisi Şahzadə Corcun bu gün 6 yaşı tamam olur. Krallıqda Corc üçün ad günü mərasimi təşkil edilib.

Gununsesi.org xəbər verir ki, Corcun anası, hersoginya şahzadə Keyt Midlton oğlunun fotolarını çəkib, onları instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

Şəkillər balaca şahzadənin Kensinqton Sarayında oynadığı zaman lentə alınıb.

Corcun şərəfinə keçiriləcək ad günü mərasimində kral ailəsinin yaxın adamları iştirak edəcək.

Dəvətlilər sırasında 37 yaşlı Sassek Hersoginyası Meqan Marklın olacağı bildirilir. O oğlu Arçi ilə birlikdə qaynı oğlunu təbrikə gələcək.

Məlumat üçün bildirək ki, doğulduğu vaxtdan bəri Şahzadə Corc turist ziyarətinə və suvenirlər hesabına İngilərə iqtisadiyyatına 300 milyon dollar qazandırıb. 6 yaşlı Corcun varidatı 3,6 milyon dollar təşkil edir.

Qeyd edək ki, Kembric hersoqlarının üç övladı – Şahzadə Corc (6 yaş), Şahzadə Şarlot (3 yaş) və Şahzadə Luis (1 yaş) – var.

Gununsesi.org

COMMENTS