Şair Şamxal Rüstəm vəfat etdi (FOTO)

  • By admin
  • 14 Noyabr 2019 15:43
Şair Şamxal Rüstəm vəfat edib.
Gununsesi.org  xəbər verir ki, bu barədə şairin dostları sosial şəbəkədə məlumat paylaşıblar.
Şamxal Rüstəm 1952-ci ildə Şəmkir rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bir müddət Azərbaycan radiosunda fəaliyyət göstərib.
İlk şeirləri 70-ci illərdə çap olunub və maraqla qarşılanıb.
Şamxal Rüstəmin şeirləri daha çox yaddaşlarda, dildə-ağızda yaşayıb. /Teleqraf.com