Şakiraya 14,5 milyonluq vergidən yayınma ittihamı - MƏŞHUR MÜĞƏNNİYƏ İDDİA QALDIRILIB

  • By admin
  • 08 Dekabr 2018 22:46

İspaniya prokurorluğu müğənniyə qarşı iddia qaldıracaq. Gununsesi.org xəbər verir ki, İspaniyada müğənni Şakira14,5 milyon avro məbləğində vergidən yayınmaqda şübhəli bilinir.

Yaxın vaxtlarda İspaniya prokurorluğu müğənniyə qarşı iddia qaldıracaq. Ölkənin vergi orqanları hesab edir ki, Şakira gəlir və əmlak vergisi ödəməyib.

İspaniya qanunvericiliyinə görə, il ərzində altı aydan çox müddətdə ölkə ərazisində yaşayan şəxslər avtomatik vergi ödəyicisi statusu alır.

Qeyd edək ki, əslən kolumbiyalı olan Şakira İspaniyada fasilələrlə olsa da, 2011-ci ildən yaşayır.