Salyan sakinindən 3 kiloqramdan çox narkotik vasitə götürülüb

  • By admin
  • 19 Yanvar 2018 22:21


Salyan polisi rayon sakinindən külli miqdarda narkotik vasitə aşkarlayaraq götürüb.

“Report”un Aran bürosu xəbər verir ki, Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Salyan şəhər sakini, Şahbazov Rövşən Nurəddin oğlu şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman 3 kiloqram 175 qram çəkidə narkotik maddə olan qurudulmuş marixuana, 41,478 qram tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı Salyan rayon Polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Salyan rayon məhkəməsinin qərarı ilə Rövşən Şahbazov barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

Gununsesi.info