Salyan sakinindən 48 qramdan artıq tiryək aşkarlanaraq götürülüb – FOTO

  • By admin
  • 01 Fevral 2018 22:21


Salyan rayon Polis şöbəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.

“Report” xəbər verir ki, əməliyyat zamanı Salyan şəhər sakini, 1994-cü il təvəllüdlü Fərəcov Seyfəddin Xanoğlan oğlu şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli yarımqol dəri gödəkçəsinin sol yan cibindən 7 ədəd sellofan bükümdə, təmiz çəkisi 19,577 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Sonra onun idarə etdiyi “VAZ-2106” markalı “10-KC-147” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 28,606 qram narkotik maddə və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Gununsesi.info