Salyanda iki avtomobil toqquşub, 1 nəfər yaralanıb

  • By admin
  • 11 Noyabr 2017 22:55


Salyanda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə şəhərin avtovağzal yaxınlığında qeydə alınıb.
Belə ki, rayonun Marışlı kənd sakini, 56 yaşlı Xalıq Abduləzim oğlu Əsgərov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan “VAZ-2106”nın sürücüsü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info