Salyanda minik avtomobili aşıb, ölən var

  • By admin
  • 26 Oktyabr 2019 22:45

Salyanda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.org xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, magistral yolda hərəkətdə olan “VAZ-2107” markalı avtomobil anidən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə Biləsuvar rayon sakini, 1954-cü il təvəllüdlü Fətullayev Ağamusa Ramazan oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaralı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org