Şamaxıda zəlzələ oldu

  • By admin
  • 18 Fevral 2020 18:13

Şamaxı rayonunda daha bir zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM)  Gununsesi.org-a verilən məlumata görə, yeraltı təkan ilkin məlumatlara əsasən yerli vaxtla saat 17:21-də Qobustan stansiyasından 34 km cənub-qərbdə Şamaxı rayonunda qeydə alınıb.

Maqnitudası 3.1, dərinliyi 5 km olan zəlzələ hiss olunmayıb.