“Samsung” koronavirusun təsiri altında olan şəhərlərdəki müəssələrini bağlayır

  • By admin
  • 28 Yanvar 2020 19:47

Dünyanın nəhəng şirkətləri koronavirusun təsiri altında olan şəhərlərdəki müəssələrini müvəqqəti olaraq bağlayır.

Gununsesi.org bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, koronavirusdan “Huawei”, “Xiaomi”, “Foxconn”, “FMCG”, “Johnson&Johnson”, “Samsung” kimi nəhəng şirkətlərə öz mənfi təsirini göstərməyə başlayıb.

Mütəxəssislər bildirirlər ki, virusun müalicəsinin tapılmaması və yayılması ilə virus epidemiyası iqtisadi böhrana da çevrilə bilər.

Qeyd edək ki, şirkətlər müvəqqəti tədbirlərin 1-2 həftə davam edəcəyi, əgər həmin müddətdə virusun yayılmasının qarşısı alınmasa, onda regiondakı digər şəhərlərdəki müəssisələrin də fəaliyyətlərini dayandıracaqlarını bildiriblər.

 

Gununsesi.org