Sankt-Peterburqda üç terrorçu zərərsizləşdirildi

  • By admin
  • 17 Avqust 2016 15:06
sankt
Sankt-Peterburqda həyata keçirilən antiterror əməliyyatı nəticəsində  Şimali Qafqazdan olan silahlı bandanın üç üzvü tutulub.
Gununsesi.info  “Fontanka.ru”-ya istinadən xəbər verir ki, Rusiya xüsusi təyinatlıları Sankt-Peterburq şəhərində federal axtarışda olan Şimali Qafqazda fəaliyyət göstərən qeyri-qanuni silahlı dəstənin üzvlərinin zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyat keçiriblər.
Hadisə şahidlərinin dediyinə görə, silahlıların gizləndiyi binada  iki partlayış olub və bundan sonra pəncərədən tüstü çıxıb.
Silahlıların gizləndikləri bina xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınb və əməliyyata həyata keçirilib.
Əməliyyat artıq başa çatıb. Əməliyyat nəticəsində  silahlı dəstənin üzvü hesab edilən üç nəfər həbs olunub.
Gununsesi.info