“Sarı jiletlilər”in aksiyası rəqəmlərlə -118 yaralı, 1726 saxlanılan var +Fotolar

  • By admin
  • 09 Dekabr 2018 21:07
Dünən Fransada prezident Emmanuel Makronun istefası tələbi ilə ölkə miqyasında keçirilən aksiya ciddi fəsadlara səbəb olub.

“Gununsesi.org” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Sarı jiletlilər” adı verilən etirazçılar onlarla avtomobili yandırıb, ətrafdakı mağaza və restoranlara ziyan vurublar.

Polislərlə toqquşmalarda 118 nəfər yaralanıb. Onlardan 17-si polis əməkdaşıdır.

Bundan başqa, müxtəlif şəhərlərdə ümumilikdə 974 nəfər saxlanılıb.

Daxili işlər naziri Kristof Kastanerin sözlərinə görə, aksiyalarda 125 mindən çox insan iştirak edib. Asayişi qorumaq üçün 89 min polis xidmət aparıb.

***

“Gazet.ru”nun yaydığı məlumata görə, saxlanılanların sayı 1726-ya çatıb.