Saxta iş adamlarının, saxta mükafatları

Saxta iş adamlarının, saxta mükafatları

Fəxri Ağayev yazır

Səhv etmirəmsə, 2008.ci il. Subaru Azərbaycan şirkətinin rəhbəriyəm. Zəng gəlir.
– Salam Fəxri müəllim!!! Sizi səmimi qəlbdən təbrik edirik!!! Aparılan araşdırma nəticəsində Sizin şirkətiniz müştəri servisi baxımından ilin şirkəti seçilib! Sizi mükafatı təqdim etmək üçün böyük bir tədbirə dəvət edirik! Bu, böyük uğurdur!!!
– Təşəkkür edirəm. Bir sualım var. Araşdırma kimlər arasında, harda və nə zaman aparılıb?
– Bunu mən Sizə deyə bilmərəm. Amma birincisiniz. 1 ay sonra mükafat filan oteldə veriləcək. Mütləq gəlin mükafat üçün.
– Araşdırma nəticələrini və aparılma prinsipini mütləq görməliyəm.
– Bir məqamı da qeyd edim müəllim. Mükafat üçün 3000 manat ödəniş etməlisiniz.
– Anladım. Silin bizi siyahıdan

SONRA isə mətbuatda oxudum ki, aparılan araşdırmalara görə rəqib bir şirkətin müştəri xidməti və məmnunluğu baxımından ilin ən yaxşı şirkəti olub 

Ölkədə verilən fərqli mükafatlar, premiyalar, nominasiyalar...

Müştərilərini aldadan, haqqına girən, oğurluq pullarla qurulan bütün biznes sahibləri və rəhbərləri görməmiş kimi cumurlar bu mükafatları almağa.
Uğurlu olmağın iki yolu var – uzun və qısa.
Uzun yol çətindir, yorucudur- bu əsl sahibkar və idarəçilərin yoludur.
Qısa yolu isə – uğuru geydirmə şəkildə rəsmiləşdirməkdir.

Rafael Sabatinin “Kapitan Blad” adlı bir əsərində çox sevdiyim bir səhnə var.
Həbsə düşən piratlarını xilas etmək üçün Kapitan Blad İspaniya adalarından birinin qubernatoruna ona aid olmayan bir ordeni ona verir. İdarəçiliyi bərbad olan bir adanın rəhbəri olan bu adam sevincindən ətrafındakıları daha çox əzməyə başlayır. Ən sonda həqiqəti anlayanda isə aralarında belə bir dialoq keçir :
– Necə!!! Bu orden mənim üçün deyildi? Bu da yalan idi?
– Siz kralın orden üçün verdiyi sənədə baxmısınız?
– Axı sənəd dəniz suyu ilə korlanmışdı…
– O zaman Siz öz vicdanınıza sual verməliydiniz! O Sizə deyərdi ki, belə yüksək mükafatı almaq üçün Siz heç nə etməmisiniz!

Geydirmə neft dövründə – geydirmə bizneslər – geydirmə işadamları üçün geydirmə mükafatlar vardı.
Artıq o dövr getdi.
ƏSL biznes zamanı gəlib.

Gununsesi.org

COMMENTS