Sayt rəhbərinə 5 il yarım cəza verildi- HƏDƏ-QORXU İLƏ PUL TƏLƏB ETMƏKDƏ İTTİHAM OLUNUR

Sayt rəhbərinə 5 il yarım cəza verildi

 

Realliq.info saytının həbsdə olan baş redaktoru İkram Rəhimova 5 il 6 ay həbs cəzası kəsilib.

Gununsesi.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. İ.Rəhimov CM-in 182-ci maddəsi ilə – rəhbərlik etdiyi saytda müxtəlif adamlar haqqında onları rüsvay edən materiallar yaymaqla hədələyib, pul almaqda təqsirli bilinib.

Lakin o, özünü təqsirli bilmir. Hökmdən öncə məhkəmədə son sözündə də deyib ki, bu gün həbsdə olmasının səbəbi cinayət törətməsi yox, məmnurlar haqqında yazdıqlarıdır.

İ.Rəhimov ötən ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunub. İttihamda yazılıb ki, o, saytda tabeliyində olan şəxslərlə birlikdə realliq.info və başqa reket saytlar yaradıb. Həmin portallarda müxtəlif adamlar haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib, onlardan pul alıb. Hədələnən adamların sonradan DTX-ya şikayət etdiyi və bunun əsasında əməliyyat keçirildiyi bildirilir.

Amma İ.Rəhimov ittihamı rədd edir və prezidentin köməkçisi Əli Həsənov və Mətbuat Şurasının sədri Əflatun Amaşovun sifarişi ilə həbs olunduğunu iddia edir. O, həbsindən öncə “Turan” informasiya agentliyinə izlənməsi barədə açıqlama verib.

Gununsesi.org

COMMENTS