Selenadan Castin Biberə gözlənilməz hədiyyə

  • By admin
  • 13 Yanvar 2020 17:40

Amerikalı müğənni Selena Qomez sonuncu albomunu eks sevgilisi Castin Biberə həsr edib.

Gununsesi.org ölkə.az-a istinadən bildirir ki, albomda 13 mahnı var. Bunlardan bəzilərini müğənni repçi 6lack və hip-hop ifaçısı Kid Cudi ilə birlikdə ifa edib.

Bu, müğənninin son beş ildə yayımladığı ilk albomudur. Albom sağlamlıq problemlərindən və son illərdə Qomesi sıxan və yaradıcılıq fəaliyyətində fasiləyə səbəb olan şəxsi həyatındakı dəyişikliklərdən yaranan duyğulara əsaslanır.

“Apple Music”ə verdiyi müsahibədə Selena həyatındakı uğursuzluqları keçib və “özünün köhnə versiyasını buraxmaq” lazım olduğunu etiraf edib.

Gununsesi.org