Şengen vizasının qiyməti artırıldı

  • By admin
  • 10 İyun 2019 00:29

Avropa Şurası Şengen vizası ilə bağlı təklif edilən qanun dəyişikliyini təsdiqləyib.

Gununsesi.org xəbəri verir ki, Şura yeni qaydaların Şengen ölkələrinə tez-tez səyahət edənlər üçün prosedurları sürətləndirdiyini, buraya qanunsuz yollarla daxil olmaq imkanlarını isə azaltdığını bəyan edib.

Yeni qaydalara əsasən, qısa müddətli Şengen vizasının ( 3 aydan az) qiyməti 60 avrodan 80 avroya qaldırılıb.

Digər dəyişikliklər:

  • Şengen vizası üçün ən tez səyahətdən 6 ay öncə, ən gec isə səyahətə 15 gün qalmış müraciət etmək mümkündür.
  • Müraciət üçün ərizə formasını onlayn formada doldurub, imzalamaq mümkün olacaq.
  • Viza tarixçəsində heç bir problem olmayan şəxslərin viza müddəti mərhələli olaraq 1 ildən 5 ilə qədər artırıla bilər.

Qanun layihəsi Avropa Birliyinin rəsmi qəzetində nəşr olunduqdan sonra 6 ay müddətində qüvvəyə minəcək.