Serbiyalı siyasətçi Kosovada güllələndi - İKİ ÖLKƏ ARASINDA GƏRGİNLİK

  • By admin
  • 16 Yanvar 2018 23:25

Kosovada serblərin “Azadlıq, Demokratiya, Həqiqət” partiyasının lideri Oliver İvanoviç güllələnib.

Gununsesi.info xəbər verir ki, siyasətçi partiya binasına daxil olarkən sinəsinə 5 dəfə atəş açılıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar Serbiya Prezidenti Aleksandr Vuçiç Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Qətldən sonra Avropa İttifaqında Serbiya və Kosova arasında danışıqlar dayandırılıb.

Qeyd edək ki, 2008-ci ildə Kosova Serbiyadan ayrıldığını elan edib. Lakin rəsmi Belqrad Priştinanın müstəqilliyini tanımaqdan imtina edib. Ötən ilin martında tərəflər arasında dayandırılmış danışıqlar bu gün bərpa olunmalı idi.

Gununsesi.info