Serj Sarkisyan Ermənistanın yeni baş naziri seçildi

  • By admin
  • 17 Aprel 2018 17:24

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan bu gün ölkə parlamentində keçirilmiş səsvermə nəticəsində Ermənistanın yeni baş naziri seçilib.

Gununsesi.info news.am-a istinadən məlumat verir ki, S.Sarkisyanın lehinə 77, əleyhinə 17 deputat səs verib.

Qeyd edək ki, S.Sarkisyanın namizədliyinə qarşı iki gündür ki, Yerevanda iğtişaşlar davam edir.

Gununsesi.info