“Sevgi səhv olmur” şərhi ilə Eldar da LGBT-ni dəstəklədi

  • By admin
  • 17 İyun 2019 20:47

Avroviziya-2011″ müsabiqəsinin qalibi, müğənni Eldar Qasımov LGBT hərəkatını (Lezbiyan, Gey, Biseksual, Transgender) dəstəkləyən addım atıb. 

Gununsesi.org-un məlumatına görə, ifaçı İnstaqram səhifəsində paylaşdığı fotoya “Sevgi səhv olmur” şərhini və LGBT-ni ifadə edən müxtəlif həştəqlər qeyd edib.

Xatırladaq ki, ötən günlərdə Əməkdar artist Röya Ayxan da sosial şəbəkə hesabında LGBT-ni dəstəkləyən paylaşım etmişdi.