Sevgilisi məşhur aktrisadan ayrıldı - FOTO

  • By admin
  • 02 Fevral 2018 23:00

Aktrisa Ember Herd ikinci dəfə iş adamı sevgilisi İlon Maskdan ayrılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı cütlüyə yaxın mənbə yayıb. Birinci dəfə Emberin sərbəst olmaq istəməsi səbəbindən ayrılan sevgililər bu dəfə İlonun istəyi ilə münasibətlərinə son qoyub. Mənbə jurnalistlərə açıqlamasında bunları deyib:

“İlon sadəcə Emberdən ayrılmaq istədiyini dedi, o da razılaşdı. Onlar dost olaraq qalmaqda davam edəcəklər”.

Xatırladaq ki, Ember Herdlə İlon Mask ötən ilin aprelində tanış olublar. Cütlük ötən ilin avqustunda ayrıldıqlarını elan etmişdi.

Gununsesi.info