Sevginin qəribə təzahürü:-Tarkana məzar daşı hazırladı

Sevginin qəribə təzahürü:

Antalyada qəbir daşları hazırlayan Mehmet Çetin Tarkana  iş yerinin qarşısına sənətçinin fotosu olan məzar daşı qoyub.

Çetin bunu reklam məqsədi ilə edib. O, bildirib ki, iş yerinə gələn müştərilərə hazırladığı nümunələri göstərmək üçün öz qəbir daşını da hazırlayıb:

“Ölsəm, qəbir daşım hazırdır. Mənimlə maraqlananlar üçün telefon nömrəmi də yazmışam. Qəbir daşlarına şəkil vururuq. Mən də Tarkanı çox sevdiyim üçün qəbir daşını hazırladım. Bəzi vətəndaşlar isə Tarkanın öldüyünü soruşurlar”.

COMMENTS