Seymur Həzi azadlığa çıxdı

  • By admin
  • 16 Noyabr 2019 21:53

AXCP sədrinin müavini Seymur Həzi azadlığa buraxılıb.

Gununsesi.org xəbər verir ki, Seymur Həzinin inzibati həbs müddəti bu gün bitib və o, azadlığa buraxılıb.

Xatırladaq ki, AXCP yetkilisi Milli Şuranın 19 oktyabr mitinqindən bir gün öncə həbs edilib. Əvvəlcə ona 15 sutka həbs cəzası verilib. Daha sonra həbs müddəti daha 15 sutka artırılıb.

Gununsesi.org