Şeyx biabır etdi: “Ora-burasını açır, pullu kişi tapır, sonra da…”

  • By admin
  • 11 Fevral 2020 14:43

“Efirə baxa bilmirəm, əsəbimdən təzyiqim qalxır. Baxırsan ki, fiqura, sinə-baş, gözəllik yerində, di gəl, ağzını açanda bilmirsən danışır, ya mahnı oxuyur. Nə səs var, nə səs duyumu. Bunlardır mədəniyyətimizi kor qoyan”.
Xalq artisti, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyli şou-biznes əhlini sərt tənqid edib.

 

Gununsesi.org xəbər verir ki, Yenicag.az-a açıqlama verən rejissor bir çox müğənnilərin xarici görünüşü və maddi dəstək hesabına qabağa getdiklərini bildirib:
“Deyir, görünüşüm var, bir az da ora-burasını açır, üz-gözünü bəzəyir, pullu kişi tapıb, gedirlər qabağa. Deyir, mənə baxacaqlar da, oxumasam da olar. Biabırçılıqdır vallah, hamı olub müğənni. Hələ utanmaz-utanmaz xalqın da adından danışırlar. Deyirlər xalq məni sevir. Televiziyaların səhər proqramlarına baxırsan, hamısında həmin müğənnilərdir. Bunları efirdən yığışdırmaq lazımdır. Nə qədər olar axı”.

Gununsesi.org