Sığorta şirkəti vətəndaşın pulunu vermir- “Standart İnsuransce”dan şikayət

Sığorta şirkəti vətəndaşın pulunu vermir

Goranboy sakini “Standart İnsuransce” sığorta şirkətinin özbaşınalığından Baş Prokurora müraciət etdi

 

Goranboy rayonun Xoylu kənd sakini Əliyev Cəlal Rəhman oğlu “Standart İnsuransce” sığorta şirkətinin özbaşınalığından , süründürməçiliyindən şikayətçidir.

Bununla bağlı vətəndaş Gununsesi.org-un elektron poçtuna şikayət göndərib. Saytımız vasitəsilə baş prokurora ünvanlanan şikayətdə vətəndaş üzləşdiyi qanunsuzluqdan gileylənir.

Belə ki, bu ilin 16 avqust 2018-ci il tarixdə mənə  məxsus olan Mitsubişi- İO markalı №- 20 DM – 622 № – li ağ rəngli, 2002-ci il buraxılışlı avtomobili Goroanboy rayonun Xoylu-Qaradağlı kənd magistral yolunda “Niva” markalı bir maşınla toqquşub. Nəticədə mənə  1670 manat ziyan dəymişdir. Törədilən avtoqəzadan 3 ay ötsə də “Standart İnsuransce” sığorta şirkətinin özbaşınalığı səbəbindən pulumu ala bilmirəm.”

Ərşad

Gununsesi.org

COMMENTS