Sığorta şirkəti vətəndaşın pulunu vermir - “Standart İnsuransce”dan şikayət

  • By admin
  • 06 Noyabr 2018 16:56

Goranboy sakini “Standart İnsuransce” sığorta şirkətinin özbaşınalığından Baş Prokurora müraciət etdi

 

Goranboy rayonun Xoylu kənd sakini Əliyev Cəlal Rəhman oğlu “Standart İnsuransce” sığorta şirkətinin özbaşınalığından , süründürməçiliyindən şikayətçidir.

Bununla bağlı vətəndaş Gununsesi.org-un elektron poçtuna şikayət göndərib. Saytımız vasitəsilə baş prokurora ünvanlanan şikayətdə vətəndaş üzləşdiyi qanunsuzluqdan gileylənir.

Belə ki, bu ilin 16 avqust 2018-ci il tarixdə mənə  məxsus olan Mitsubişi- İO markalı №- 20 DM – 622 № – li ağ rəngli, 2002-ci il buraxılışlı avtomobili Goroanboy rayonun Xoylu-Qaradağlı kənd magistral yolunda “Niva” markalı bir maşınla toqquşub. Nəticədə mənə  1670 manat ziyan dəymişdir. Törədilən avtoqəzadan 3 ay ötsə də “Standart İnsuransce” sığorta şirkətinin özbaşınalığı səbəbindən pulumu ala bilmirəm.”

Ərşad

Gununsesi.org